Azərbaycan ​yanacaq mazutu istehsalını kəskin artırıb

Azərbaycan ​yanacaq mazutu istehsalını kəskin artırıb Bu ilin ilk 10 ayında ölkədə 4 mln. tondan çox yanacaq istehsal olunub
Energetika
18 Noyabr , 2015 11:51
Azərbaycan ​yanacaq mazutu istehsalını kəskin artırıb

Bakı. 18 noyabr.REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsal həcmi 2 047,7 mln. manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1,6% azalıb.

Hesabat dövründə 573,5 min ton ağ neft, 19,5 min ton sürtgü yağları, 1 020,5 min ton avtomobil benzini, 2 362,8 min ton dizel yanacağı, 302,9 min ton yanacaq mazutu, 142,0 min ton neft bitumu, 162,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin istehsal olunub.

Ağ neftin istehsalı 2,4%, sürtgü yağlarının istehsalı 57,2%, avtomobil benzininin istehsalı 0,3%, dizel yanacağının istehsalı 0,9%, neft bitumunun istehsalı 32,3%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 5% azalıb

Bununla yanaşı bildirilir ki, yanacaq mazutunun istehsalı isə 61,3% artıb.

Son xəbərlər

Orphus sistemi