Tbilisi. 16 may.
"Report" xəbər verir ki, görüşdə Cənubi Qafqazda həyata keçirilən enerji layihələri Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Şərq-Qərb enerji dəhlizi, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Artur Rasi-zadə bildirib ki, iki ölkə arasında qədim tarixi dostluq əlaqələri var, Azərbaycan bu əlaqələrin inkişafına daim maraq göstərir: "Eyni zamanda biz Gürcüstan ilə həyata keçirdiyimiz layihələrin əhəmiyyətini başa düşürük. Bu layihələr həm bizim dövlət müstəqilliyimizin möhkəmlənməsində, həm də iqtisadi əlaqələrimizin güclənməsində, eləcə də beynəlxalq nüfuzumuzun artmasında mühüm rol oynayır".
Georgi Kvirikaşvili enerji layihələrinə cəlb olunması, eləcə də qaz və digər problemlərin həllində göstərdiyi qayğı və diqqətə görə Azərbaycan tərəfinə minnətdarlıq edib.