​Azərbaycan və Albaniya enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edəcək

​Azərbaycan və Albaniya enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edəcək Həmçinin, Albaniya qaz bazarının inkişaf potensialı müzakirə olunacaq
Energetika
18 Dekabr , 2014 13:43
​Azərbaycan və Albaniya enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edəcək

Bakı. 18 dekabr. REPORT,AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev Tirana şəhərində (Albaniya) enerji sahəsində əməkdaşlığın müzakirə olunması məqsədi ilə dekabrın 18-20-də bu ölkədə rəsmi səfərdə olacaq.

"Report" Energetika Nazirliyinin yaydığı məlumata əsasən xəbər verir ki, səfər çərçivəsində N.Əliyevin Albaniyanın energetika və sənaye naziri Damian Qjiknuri ilə görüşü nəzərdə tutulub. Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, həyata keçirilməsi planlaşdırılan Trans-Adriatik qaz kəməri layihəsi (TAP), eləcə də Albaniya daxilində mövcud qaz bazarının inkişaf potensialı barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Hər iki ölkə nazirinin mətbuat üçün birgə brifinqi də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi