Azərbaycan təyyarə yanacağının ixracını 17% artırıb

Azərbaycan təyyarə yanacağının ixracını 17% artırıb Yanvar-mart ayları ərzində Dövlət Neft Şirkəti 75 min ton təyyarə yanacağı ixrac edib
Energetika
1 Aprel , 2016 18:11
Azərbaycan təyyarə yanacağının ixracını 17% artırıb

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin mart ayında 93 489 ton dizel yanacağı, 8 969 ton təyyarə yanacağı ixarc edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, dizel yanacağının ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 22%, təyyarə yanacağının ixracında 71% azalma qeydə alınıb.

Bundan başqa, SOCAR ötən ay 9 364 ton yüksək təzyiqli polietilen, 857 ton mütləqləşdirilmiş izopropil spirti, 5 981 ton maye piroliz qətranı, 6 187 ton propilen və 664 ton butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə, 2016-cı ilin yanvar-mart ayları ərzində 219 412 ton dizel yanacağı, 74 722 ton təyyarə yanacağı, 118 ton soba mazutu ixrac olunub ki, dizel yanacağının ixracı 23%, soba mazutunun ixracı 34% azalıb, təyyarə yanacağının ixracı isə 17% artıb.

Bu ilin birinci rübündə 24 768 yüksək təzyiqli polietilen, 2 346 ton mütləqləşdirilmiş izopropil spirti, 15 min 84 ton maye piroliz qətranı, 12 211 ton propilen və 1 342 ton butilen butaduien fraksiyası ixrac edilib.

Qeyd edək ki, cari ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 430,55 dollar, təyyarə yanacağı - 363,13 dollar, dizel yanacağı - 335,60 dollar, 1% kükürdlü mazut - 162,10 dollar, yüksək təzyiqli polietilen - 1 141,25 dollar, butilen butadien fraksiyası - 376,03 dollar, propilen - 560 avro, mütləqləşdirilmiş izopropil spirti isə 677,50 avro təşkil edib.

Son xəbərlər

Orphus sistemi