Azərbaycan, Rusiya və Türkiyə enerji nazirlərinin görüşü keçiriləcək

Azərbaycan, Rusiya və Türkiyə enerji nazirlərinin görüşü keçiriləcək Toplantıda "Türk axını" və TANAP layihələri ilə bağlı müzakirələr aparılacaq
Energetika
3 Avqust , 2015 14:41
Azərbaycan, Rusiya və Türkiyə enerji nazirlərinin görüşü keçiriləcək

Bakı. 3 avqust. REPORT.AZ/ G20 sammiti öncəsi Azərbaycan, Rusiya və Türkiyənin enerji nazirlərinin iştirakı ilə konfrans keçiriləcək. "Report"un verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin (IAEE) prezidenti Gürkan Kumbaroğlu Bakıda keçirdiyi mətbuat konfransında məlumat verib.

"Avrasiya coğrafiyasında önəm verdiyimiz iki layihə var - "Türk axını" və Trans-Anadolu qaz kəməri (TANAP). Bir-birini tamamlayan bu iki layihənin ən qısa zamanda həyata keçməsini istəyirik. G20 sammiti öncəsində, noyabrın 14-də Rusiya, Azərbaycan və Türkiyənin enerji nazirlərinin iştirakı ilə tarixi bir konfrans hazırlayarıq. Bölgədəki geosiyasi prosesləri istiqamətləndirmək və problemləri aşmaq istəyirik", - deyə G.Kumbaroğlu qeyd edib.

Onun sözlərinə görə, bu konfrans əsasən Türkiyə, Azərbaycan, Rusiya işbirliyini əhatə etsə də, görüşə Balkan ölkələri, Sloveniya və Xorvatiya da dəvət olunub.

Türkiyə ilə Azərbaycan arasında xüsusilə enerji sektorunda güclü işbirliyinin olduğunu deyən G.Gumbaroğlu iki ölkə arasındakı qarşılıqlı əlaqələrin artaraq davam etməsindən daha çox iki ölkə vətəndaşlarının faydalanacağını deyib. 

Qeyd edək ki,  noyabr ayında Türkiyənin Antalya şəhərində G20 ölkələri rəhbərlərinin toplantısı keçiriləcək.

IAEE rəhbəri, həmçinin əlavə edib ki, bu coğrafiyada digər bir önəmli məsələ isə İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlıdır və gələn ilin yanvarın 22-23-də İstanbulda iş adamları və hökumət nümayəndələrinin iştirakı ilə konfransın keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi