Azərbaycan qaz ixracını artırıb

Azərbaycan qaz ixracını artırıb İxrac olunan qazın dəyəri isə azalıb
Energetika
18 Aprel , 2015 16:26
Azərbaycan qaz ixracını artırıb

Bakı. 18 aprel. REPORT.AZ/ Cari ilin mart ayı ərzində sayğac göstəricilərinə əsasən, Azərbaycandan 2 426,902 mln. kubmetr təbii qaz ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 28,437 mln. kubmetr yaxud 1,19% artıqdır.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə təbii qaz ixracının həcmi illik 333,806 mln. kubmetr yaxud 40,63% azalaraq 487,789 mln. kubmetr təşkil edib.

Məlumata əsasən, mart ayında həyata keçirilən qaz ixracı 75,837 mln. ABŞ dolları dəyərində olub ki, bu da öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə 70,118 mln. dollar yaxud 48,04% azdır.

Son xəbərlər

Orphus sistemi