​Azərbaycan qaz ixracını 2% artırıb

​Azərbaycan qaz ixracını 2% artırıb Bu ilin 7 ayında 142 mln. dollarlıq qaz ixrac olunub
Energetika
17 Avqust , 2016 10:59
​Azərbaycan qaz ixracını 2% artırıb

Bakı. 17 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycan 926 819,51 min kubmetr həcmində qaz ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə ixrac olunan qazın dəyəri isə 141 788,93 min ABŞ dolları təşkil edib.

Təhlil olunan dövr ərzində ixrac olunan qazın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,19% artıb, dəyəri isə 1,72% azalıb.

Hesabat dövründə qaz ixracı Azərbaycanın ümumi ixracının 3,09%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi