Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna qatılacaq

Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna qatılacaq Azərbaycanı bu toplantıda energetika nazirinin müavini təmsil edəcək
Energetika
20 Noyabr , 2015 11:46
Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna qatılacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ Noyabrın 20-də Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov rəsmi səfərlə İrana gedəcək. "Report"un əldə etdiyi məlumata görə, nazir müavini bu ölkəyə Qaz İxrac Edən Ölkələr Forumunda (GECF) iştirak etmək məqsədilə gedir.

Noyabrın 22-nə qədər davam edəcək səfər zamanı N.Abbasov bir neçə görüşdə iştirak edəcək. Onun bu gün GECF-in icraçı direktorlarının növbədən kənar görüşündə, noyabrın 21-də isə GECF nazirlərinin 17-ci toplantısında iştirak edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi