Azərbaycan qaz hasilatını 40% artıra bilər

Azərbaycan qaz hasilatını 40% artıra bilər Rövnəq Abdullayev: "Gələcəkdə qaz hasilatını illik 40 mlrd. kubmetrə çatdırmaq imkanımız var"
Energetika
2 İyun , 2016 10:49
Azərbaycan qaz hasilatını 40% artıra bilər

Bakı. 2 iyun. REPORT.AZ/ Son 10 ildə Azərbaycanda qaz hasilatı 4 dəfə artırılaraq ildə 29 mlrd. kubmetrə çatdırılıb. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Caspian Oil&Gas-2016" beynəlxalq konfransında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

SOCAR prezidenti deyib ki, "Azneft" İstehsalat Birliyi bu vaxta qədər 49 yatağın işlənməsini həyata keçirib: "2016-2017-ci illərdə 81 quyunun qazılması üçün 9 özülün əsası qoyulacaq".

"Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə ümumilikdə 41 mlrd. dollar investisiya yatırılıb. Yataqların istismarının sonuna qədər 5 mlrd. barel neft hasil edilməsinə nail olmağı düşünürük. Həmçinin, neftvermə əmsalının artırılması ilə 4 mlrd. barel əlavə neft hasil etməyi düşünürük", - deyə R.Abdullayev əlavə edib.

SOCAR prezidenti qeyd edib ki, ekoloji tədbirlər nəticəsində əlavə 281 mln. kubmetr səmt qazı əldə olunub. Məhz bu işlərə görə SOCAR 2 dəfə mükafat alıb və dünyada ekologiyanın qorunmasına görə 5-ci ölkədir. 

"Gələcəkdə qaz hasilatını illik 40 mlrd. kubmetrə çatdırmaq imkanımız var", - deyə R.Abdullayev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi