Azərbaycan ötən il İrana 400 mln. kubmetr mübadilə qazı nəql edib

Azərbaycan ötən il İrana 400 mln. kubmetr mübadilə qazı nəql edib Rusiyaya isə 207 mln. kubmetr qaz nəql olunub
Energetika
4 Noyabr , 2015 18:02
Azərbaycan ötən il İrana 400 mln. kubmetr mübadilə qazı nəql edib

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan daxilində 2014-cü ildə 10 095,5 mln. kubmetr həcmində qaz satılıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "2014-cü il üzrə illik hesabatı"nda qeyd olunub.

Hesabata əsasən, bu həcmdən 5 285,8 mln. kubmetr "Azərenerji" ASC-yə, 2 473,6 mln. kubmetr əhali istehlakçı qrupuna, 1 677,7 mln. kubmetr sənaye müəssisələrinə, 339,4 mln. kubmetr kommunal, büdcə təşkilatlarına və 319,0 mln. kubmetr "Naxçıvanqaz" İstehsalat Birliyinə satılıb.

Ötən il ölkə 1 418,7 mln. kubmetr həcmində qaz ixrac edib. Bu həcmdən 1 211,9 mln. kubmetr Gürcüstana, 206,8 mln. kubmetr Rusiyaya nəql olunub.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının təbii qazla təmin ediməsi üçün İrana 398,5 mln. kubmetr mübadilə qazı nəql edilib.

Son xəbərlər

Orphus sistemi