​Azərbaycan neftinin qiyməti sabit qalıb

​Azərbaycan neftinin qiyməti sabit qalıb "AzeriLTCIF" markalı neftin bir barelinin qiyməti 50,87 dollara bərabər olub
Energetika
31 May , 2016 09:35
​Azərbaycan neftinin qiyməti sabit qalıb

Bakı. 31 may. REPORT.AZ/ Mayın 30-da İngiltərədə qeyd edilən “Spring Bank Holiday” bayramı ilə əlaqədar iş günü olmayıb və bu səbəbdən Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neft üzrə hərrac aparılmayıb.

"Report" xəbər verir ki, "AzeriLTCIF" markalı neftin bir barelinin qiyməti ötən həftə olduğu kimi 50,87 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi