​Azərbaycan neftinin qiyməti dəyişməyib

​Azərbaycan neftinin qiyməti dəyişməyib Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda və dünən 67,36 dollar/barel olub
Energetika
26 May , 2015 09:48
​Azərbaycan neftinin qiyməti dəyişməyib

Bakı. 26 may. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiymətində heç bir dəyişiklik müşahidə edilməyib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 67,36 dollara çatıb.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda və dünən 67,36 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi