Azərbaycan neftinin qiyməti artıb

Azərbaycan neftinin qiyməti artıb "Azeri LT CIF" markalı neftin qiyməti 48,6 dollar/barelə çatıb
Energetika
29 İyun , 2016 09:29
Azərbaycan neftinin qiyməti artıb

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,76 dollar və yaxud 1,59% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,58 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi