Azərbaycan neftinin qiyməti 69 dollar/barelə çatıb

Azərbaycan neftinin qiyməti 69 dollar/barelə çatıb Ötən həftənin sonunda Azərbaycan neftinin qiyməti 66,9 dollar/barel olub
Energetika
7 May , 2015 10:00
Azərbaycan neftinin qiyməti 69 dollar/barelə çatıb

Bakı. 7 may. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,51 dollar yaxud 0,75% bahalaşıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 68,95 dollara bərabərdir.

Ötən həftənin sonunda Azərbaycan neftinin qiyməti 66,87, dünən isə 66,44 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi