Azərbaycan neftinin qiyməti 66 dollara çatıb

Azərbaycan neftinin qiyməti 66 dollara çatıb Son bir gündə "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 1% artıb
Energetika
11 İyun , 2015 10:34
Azərbaycan neftinin qiyməti 66 dollara çatıb

Bakı. 11 iyun. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,69 dollar yaxud 1,06% bahalaşıb. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 65,95 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 62,45, dünən isə 65,26 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi