Azərbaycan neftinin qiyməti 54 dollara yüksəlib

Azərbaycan neftinin qiyməti 54 dollara yüksəlib "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 3,8% bahalaşıb
Energetika
7 Oktyabr , 2015 09:44
Azərbaycan neftinin qiyməti 54 dollara yüksəlib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,97 dollar yaxud 3,78% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 53,99 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi