​Azərbaycan neftinin qiyməti 48 dollara düşüb

​Azərbaycan neftinin qiyməti 48 dollara düşüb "Azeri LT CIF" markalı xam neftin bir bareli 2,06 dollar yaxud 4,04% ucuzlaşıb
Energetika
8 Sentyabr , 2015 09:39
​Azərbaycan neftinin qiyməti 48 dollara düşüb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,06 dollar yaxud 4,04% azalıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,83 dollara düşüb.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi