Azərbaycan neftinin qiyməti 46 dollara çatıb

Azərbaycan neftinin qiyməti 46 dollara çatıb "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,56 dollar, yaxud 1,23% bahalaşıb
Energetika
23 Aprel , 2016 10:04
Azərbaycan neftinin qiyməti 46 dollara çatıb

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,56 dollar, yaxud 1,23% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,98 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi