Azərbaycan neftinin qiyməti 45 dollardan aşağı enib

Azərbaycan neftinin qiyməti 45 dollardan aşağı enib "Azeri LT CIF" markalı neftin qiyməti 44,25 dollar/barelə düşüb
Energetika
29 İyul , 2016 09:39
Azərbaycan neftinin qiyməti 45 dollardan aşağı enib

Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,06 dollar və yaxud 2,34% ucuzlaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,25 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi