​Azərbaycan neftinin qiyməti 30 dollardan aşağı düşüb

​Azərbaycan neftinin qiyməti 30 dollardan aşağı düşüb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 29,91 dollara bərabərdir
Energetika
19 Yanvar , 2016 09:30
​Azərbaycan neftinin qiyməti 30 dollardan aşağı düşüb

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,81 dollar, yaxud 2,64% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 29,91 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi