​Azərbaycan nefti yenidən bahalaşıb

​Azərbaycan nefti yenidən bahalaşıb Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 58‚5 dollara çatıb
Energetika
2 Aprel , 2015 11:05
​Azərbaycan nefti yenidən bahalaşıb

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1‚51 dollar yaxud 2‚65% bahalaşıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 58‚47 dollara bərabərdir.

Xatırladaq ki, ötən həftənin sonunda Azərbaycan neftinin qiyməti 59‚56 dollar/barel, dünən isə bu rəqəm 56‚96 dollar/barel olub.

Son xəbərlər

Orphus sistemi