​Azərbaycan nefti 46 dolları keçib

​Azərbaycan nefti 46 dolları keçib "Azeri LT CIF" son bir gündə 1%-dək bahalaşıb
Energetika
27 Aprel , 2016 08:40
​Azərbaycan nefti 46 dolları keçib

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,43 dollar yaxud 0,94% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,05 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi