​Azərbaycan nefti ucuzlaşır

​Azərbaycan nefti ucuzlaşır Ötən gün Azərbaycan neftinin qiyməti 63,86 dollar/barel olub
Energetika
22 Aprel , 2015 09:57
​Azərbaycan nefti ucuzlaşır

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,55 dollar yaxud 0,86% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,31 dollara bərabərdir.

Amma ötən həftənin cümə günü Azərbaycan neftinin qiyməti 63,25, dünən isə 63,86 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi