​Azərbaycan nefti ucuzlaşıb

​Azərbaycan nefti ucuzlaşıb "Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,64 dollara düşüb
Energetika
28 May , 2015 11:16
​Azərbaycan nefti ucuzlaşıb

Bakı. 28 may. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,47 dollar, yaxud 3,74% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,64 dollar olub.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 67,16, dünən isə 66,14 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi