​Azərbaycan nefti ucuzlaşıb

​Azərbaycan nefti ucuzlaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 65,33 dollara bərabərdir
Energetika
25 Aprel , 2015 12:32
​Azərbaycan nefti ucuzlaşıb

Bakı. 25 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,16 dollar, yaxud 0,24% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 65,33 dollara bərabərdir.

Ötən həftənin cümə günü Azərbaycan neftinin qiyməti 63,25, dünən isə 65,49 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi