​Azərbaycan nefti bir qədər də bahalaşıb

​Azərbaycan nefti bir qədər də bahalaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,48 dollara bərabər olub
Energetika
8 İyun , 2016 09:26
​Azərbaycan nefti bir qədər də bahalaşıb

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,76 dollar və yaxud 1,50% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,48 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi