Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır "Azeri LT CIF" markalı neftin qiyməti 45,4 dollar/bareli ötüb
Energetika
22 Aprel , 2016 08:31
Azərbaycan nefti bahalaşır

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,51 dollar yaxud 1,14% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,42 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi