​Azərbaycan nefti bahalaşmaqda davam edir

​Azərbaycan nefti bahalaşmaqda davam edir "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 40,6 dollara çatıb
Energetika
9 Mart , 2016 09:44
​Azərbaycan nefti bahalaşmaqda davam edir

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,22 dollar yaxud 0,55% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 40,57 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi