​Azərbaycan nefti bahalaşmaqda davam edir

​Azərbaycan nefti bahalaşmaqda davam edir Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 64,57 dollara bərabərdir
Energetika
19 İyun , 2015 10:18
​Azərbaycan nefti bahalaşmaqda davam edir

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,59 dollar yaxud 0,92% qalxıb. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 64,57 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 65,17 dollar/barel, dünən isə 63,98 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi