Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 38,55 dollara bərabərdir
Energetika
5 Mart , 2016 11:13
Azərbaycan nefti bahalaşıb

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,31 dollar, yaxud 3,52% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 38,55 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi