Azərbaycan nefti 8% bahalaşıb

Azərbaycan nefti 8% bahalaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 37 dolları keçib
Energetika
27 Fevral , 2016 11:40
Azərbaycan nefti 8% bahalaşıb

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,80 dollar yaxud 8,14% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 37,22 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi