Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 3‚42 dollar yaxud 6% qalxıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (
Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 60‚43 dollara bərabərdir.
Ötən həftənin sonunda və dünən Azərbaycan neftinin qiyməti 57‚01 dollar/barel olub.
Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.