Azərbaycan nefti 43,5 dollara çatıb

Azərbaycan nefti 43,5 dollara çatıb "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,76% bahalaşıb
Energetika
12 Aprel , 2016 08:36
Azərbaycan nefti 43,5 dollara çatıb

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,75 dollar yaxud 1,76% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 43,47 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi