​Azərbaycan nefti 4% bahalaşıb

​Azərbaycan nefti 4% bahalaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,24 dollara bərabərdir
Energetika
11 May , 2016 08:52
​Azərbaycan nefti 4% bahalaşıb

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,55 dollar yaxud 3,47% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,24 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi