​Azərbaycan nefti 3 dollar bahalaşıb

​Azərbaycan nefti 3 dollar bahalaşıb Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 65,30 dollar olub
Energetika
30 May , 2015 10:51
​Azərbaycan nefti 3 dollar bahalaşıb

Bakı. 30 may. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,69 dollar yaxud 4,30% bahalaşıb. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 65,30 dollar olub.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 67,16, dünən isə 62,61 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi