​Azərbaycan nefti ucuzlaşmaqda davam edir

​Azərbaycan nefti ucuzlaşmaqda davam edir "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,29 dollara bərabərdir
Energetika
23 Oktyabr , 2015 09:36
​Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,36 dollar yaxud 0,72% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,29 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi