​Azərbaycan nefti 2% bahalaşıb

​Azərbaycan nefti 2% bahalaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 68,6 dollar/barelə çatıb
Energetika
14 May , 2015 09:55
​Azərbaycan nefti 2% bahalaşıb

Bakı. 14 may. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,14 dollar yaxud 1,69% bahalaşıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 68,58 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 66,20, dünən isə 67,44 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi