Azərbaycan nefti 1 dollar bahalaşıb

Azərbaycan nefti 1 dollar bahalaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 44,6 dollar/barelə çatıb
Energetika
5 Avqust , 2016 09:45
Azərbaycan nefti 1 dollar bahalaşıb

Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1 dollar və yaxud 2,29% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,58 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi