​Azərbaycan nefti 1,28% ucuzlaşıb

​Azərbaycan nefti 1,28% ucuzlaşıb Ötən həftənin sonunda “Azeri LT CIF” markalı neftin qiyməti 62,54 dollar/barel olub
Energetika
10 Mart , 2015 11:53
​Azərbaycan nefti 1,28% ucuzlaşıb

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarlarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,28% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 61,74 dollara bərabərdir.

Xatırladaq ki, ötən həftənin sonunda bu rəqəm 62,54 dollar olub.

Son xəbərlər

Orphus sistemi