​Azərbaycan nefti 0,5% ucuzlaşıb

​Azərbaycan nefti 0,5% ucuzlaşıb Azərbaycan neftinin bir barelinin qiyməti 56‚96 dollara düşüb
Energetika
1 Aprel , 2015 11:05
​Azərbaycan nefti 0,5% ucuzlaşıb

Bakı. 1 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0‚31 dollar, yaxud 0‚54% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 56‚96 dollara bərabərdir.

Xatırladaq ki, ötən həftənin sonunda Azərbaycan neftinin qiyməti 59‚56 dollar/barel, dünən isə bu rəqəm 57‚27 dollar/barel olub.

Son xəbərlər

Orphus sistemi