OPEK-in baş katibi: "Azərbaycan neft hasil edən ölkələrin görüşündə iştirak edəcək"

OPEK-in baş katibi: "Azərbaycan neft hasil edən ölkələrin görüşündə iştirak edəcək" Məhəmməd Barkindo təşkilatdan kənar ölkələrlə razılığa gəlinəcəyinə ümid edir
Energetika
10 Oktyabr , 2016 20:48
OPEK-in baş katibi: Azərbaycan neft hasil edən ölkələrin görüşündə iştirak edəcək

Bakı. 10 oktyabr. REPORT.AZ/ "OPEC-in noyabr ayına nəzərdə tutulmuş iclasınadək quruma daxil olmayan ölkələrlə məsləhətləşmələrdə irəliləyişə nail olmaq mümkündür."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki,  bunu OPEC-in Baş katibi Məhəmməd Barkindo deyib.

O, suallara cavab verərkən bildirib: "Hesab edirəm ki, vəziyyət müsbətə doğru dəyişib və biz noyabrın 30-da gözlənilən OPEC kohfransınadək diskussiyalarda irəliləyə bilərik."

"Rusiyadan başqa, hansı OPEC-dən kənar ölkə oktyabrın 12-də neft hasil edən ölkələrin görüşündə iştirak edəcək?" sualına cavab verən M.Barkində vurğulayıb: "Bizə deyiblər ki, Azərbaycan və Meksika iştirak edəcək".  

Son xəbərlər

Orphus sistemi