Azərbaycan magistral kəmərlərlə neftin nəqlini artırıb

Azərbaycan magistral kəmərlərlə neftin nəqlini artırıb Nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə həyata keçirilib
Energetika
18 Dekabr , 2015 17:06
Azərbaycan magistral kəmərlərlə neftin nəqlini artırıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 42 mln. ton neft nəql edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral neft kəmərləri ilə xam neft nəqli ötən ilin müvafiq dövründən 0,5% və ya 200 min ton artıq olub.

Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.

Belə ki, cari ilin yanvar-noyabr ayları ərzində bu kəmər vasitəsilə 31,9 mln. ton neft ötürülüb. BTC ilə neft nəqli ötən ilin müvafiq dövründən 1,3% artıq olub.

Dövr ərzində BTC kəməri ilə 5,2 mln. ton tranzit nefti də nəql edilib.

Son xəbərlər

Orphus sistemi