​Azərbaycan iyunda elektrik enerjisi ixracını 47% azaldıb

​Azərbaycan iyunda elektrik enerjisi ixracını 47% azaldıb İyun ayında həyata keçirilən elektrik enerjisi satışı 11,715 mln. ABŞ dolları dəyərində olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,8% azdır
Energetika
16 İyul , 2015 12:39
​Azərbaycan iyunda elektrik enerjisi ixracını 47% azaldıb

Bakı. 16 iyul. REPORT.AZ/ Cari ilin iyun ayı ərzində sayğac göstəricilərinə əsasən, Azərbaycandan 155,038 mln. kVt/saat elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 22,33% çoxdur.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46,61% azalaraq 192,251 mln. kVt/saata bərabər olub.

Məlumata əsasən, iyun ayında həyata keçirilən elektrik enerjisi satışı 11,715 mln. ABŞ dolları dəyərində olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,8% azdır.

Son xəbərlər

Orphus sistemi