​Azərbaycan "Günəşli" yatağında yeni quyu istismara verib

​Azərbaycan "Günəşli" yatağında yeni quyu istismara verib Quyu yataqdakı 13-cü özüldən qazmadan sonra istismara verilib
Energetika
15 Noyabr , 2014 16:45
​Azərbaycan Günəşli yatağında yeni quyu istismara verib

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində yerləşən "Günəşli" yatağında yeni quyu istismara verilib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu 33 nömrəli quyu “Günəşli” yatağındakı 13-cü özüldən qazmadan sonra istismara verilib.

“SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılmış quyu 3 194 - 3 149 metr intervaldan fontan üsulu ilə sutkalıq 45 ton neft və 158 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. 

Qeyd edək ki, quyu “28 May” adına NQÇİ-nin sifarişi ilə qazılıb.

Son xəbərlər

Orphus sistemi