​Azərbaycan gələn il Rusiyaya qaz ixracını bərpa edə bilər

​Azərbaycan gələn il Rusiyaya qaz ixracını bərpa edə bilər Hazırda boru kəmərində təmir işləri davam etdirilir
Energetika
5 Noyabr , 2014 15:16

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ildə Rusiyaya təbii qazın ixracını bərpa edə bilər. "Report"un xəbər verdiyi kimi, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda boru kəmərində təmir işləri davam etdirilir.

Bir müddət əvvəl məlumat verilib ki, SOCAR avqust ayında Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun qalan hissəsinin tikintisi, həmçinin qaz nəqli infrastrukturunda texniki işlərin aparılması ilə əlaqədar Rusiyaya qaz ixracını dayandırıb.

Son xəbərlər

Orphus sistemi