Azərbaycan elektrik enerjisi ixracından gəlirini 6 dəfə artırıb

Azərbaycan elektrik enerjisi ixracından gəlirini 6 dəfə artırıb Bu ilin yanvar-noyabr aylarında "Azərenerji" ASC 3 milyard 923 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
Energetika
23 Dekabr , 2023 11:14
Azərbaycan elektrik enerjisi ixracından gəlirini 6 dəfə artırıb

Bu ilin yanvar-noyabr aylarında "Azərenerji" ASC 3 milyard 923 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə enerjinin dəyəri 379,3 milyon ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,8 dəfə və 5,9 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisinin ixracından gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərində 1,2 %, qeyri-neft sektoru üzrə ixrac gəlirlərində isə 12,5 % paya malik olub.

Son xəbərlər

Orphus sistemi