Azərbaycan elektrik enerjisi istehsalını azaldıb

Azərbaycan elektrik enerjisi istehsalını azaldıb Bu ilin ilk 10 ayında isə elektrik enerjisi istehsalı cüzi artıb
Energetika
4 Noyabr , 2015 14:33
Azərbaycan elektrik enerjisi istehsalını azaldıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Cari ilin oktyabr ayında Azərbaycanın enerji sistemində 1,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 5,6% azdır.

"Report"un “Azərenerji” ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, ay ərzində enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib. 

Ümumiyyətlə, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 18,6 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% çoxdur.

Son xəbərlər

Orphus sistemi