Bakı. 4 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycanın enerji sistemində 2,1 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə "Report"a "Azərenerji"nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, bu, ötən ilin yanvarı ilə müqayisədə 8,7% yaxud 0,2 mlrd. kVt/saat azalma deməkdir.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Xatırladaq ki, 2015-ci il ərzində isə 22,5 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib.