Azərbaycan elektrik enerjisi istehsalını 6% azaldıb

Azərbaycan elektrik enerjisi istehsalını 6% azaldıb Aylıq istehsal isə 10% azalıb
Energetika
4 Aprel , 2016 12:13
Azərbaycan elektrik enerjisi istehsalını 6% azaldıb

Bakı. 4 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 5,9 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. "Report"un "Azərenerji" ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu ilin mart ayında isə enerji istehsalı 1,9 mlrd. kVt/saat olub.

Rüblük istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 mlrd. kVt/saat yaxud 6,4%, aylıq istehsal isə 0,2 mlrd. kVt/saat və ya 9,52% azalıb.

Qeyd olunub ki, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Son xəbərlər

Orphus sistemi