Azərbaycan elektrik enerjisi istehsalını 6% artırıb

Azərbaycan elektrik enerjisi istehsalını 6% artırıb Dekabr ayında ölkədə 2,2 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib
Energetika
6 Yanvar , 2015 15:12
Azərbaycan elektrik enerjisi istehsalını 6% artırıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanın enerji sistemində 2014-cü ildə ümumilikdə 22,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% çoxdur. Bu barədə "Report"a "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bununla yanaşı bildirilir ki, il ərzində ölkənin enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Mənbənin bildirdiyi digər bir məlumata görə, 2014-cü ilin dekabr ayında ölkədə 2,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal olunub.

Son xəbərlər

Orphus sistemi